“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün iki yoldaşlıq oyunu keçirəcək.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə Almaniyanın “Kayzerslautern” klubu ilə qarşılaşıb.
Həmin oyun Bakı vaxtı ilə 14:30-da başlayıb. Qarşılaşma Azərbaycan çempionunun 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Qarabağ"ın heyətində Elvin Cəfərquliyev fərqlənib.
Günün ikinci matçında isə Ağdam təmsilçisi saat 20:00-da “Viktoriya”(Plzen) ilə üz-üzə gəlib. "Qarabağ" rəqibini 2:1 hesabı ilə məğlub edib.
"Qarabağ" - "Kayzerslauten" 1:3
"Qarabağ" - "Viktoriya" 2:1
saytlarin hazirlanmasi