"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki cavab matçının təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, oyunu Ukraynadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Viktor Kopiyevskidir. Ona həmyerliləri Semyon Şlonçak və Vladimir Vısotski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Dmitri Pançişin yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start veriləcək.
"Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ikinci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olacaq.
Azərbaycan çempionu ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək.
saytlarin hazirlanmasi