"Qarabağ"ın Avstriyadakı son oyun günündəki rəqibləri bəlli olub.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri iyulun 16-da iki matça çıxacaq.
İlk görüşdə rəqib Xorvatiya təmsilçisi “Slaven” (Belupo) olacaq. Ağdam təmsilçisi Tirol bölgəsindəki hazırlığı “Əl Şəbəb”ə (BƏƏ) qarşı matçla yekunlaşdıracaq.
Qeyd edək ki, toplanış çərçivəsində ilk iki oyununu iyulun 9-da keçirən “Qarabağ” “Kayzerslautern” (1:3) və Plzen “Viktoriya”sı (2:1) ilə üz-üzə gəlib.
saytlarin hazirlanmasi