"Məncə, Kadi Borgesin "Qarabağ"a qayıtmamasını çox da böyütmək lazım deyil. Onsuzda, itirən onun özü olacaq".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azər Bağırov deyib.
Azərbaycanlı futbol məşqçisi "Qarabağ"ın sabiq futbolçusu Kadinin Ağdam klubuna deyil, "Ferentsvaroş"a keçidinə münasibət bildirib.
Onun sözlərinə görə, "Qarabağ"ın heyəti yetəri qədər güclüdür: "O, Kadi olaraq məhz "Qarabağ"da tanındı, parladı. Buna qədər çox adam haqqında məlumatlı da deyildi. Ona görə də, "Qarabağ"a çox şeylər borcludur. Fikrimcə, itirən Kadinin özü olacaq. Necə ki, "Krasnodar"a keçdi, Rusiya Premyer Liqasında eniş yaşadı....Hər şeyi zaman göstərəcək. "Qarabağ"ın yetəri qədər yaxşı heyəti var. Allah qoysa, bu klubun Avropada yeni-yeni uğurlarını görəcəyik".
Qeyd edək ki, Azər Bağırov ötən mövsüm Premyer Liqada iştirak edən "Araz-Naxçıvan"ı çalışdırıb.
saytlarin hazirlanmasi