"Krasnodar" Kadini niyə "Qarabağ"a yox, "Ferentsvaroş"a satıb? 

14:21 - 14 İyul 2024

"Krasnodar"da oynamış Kadi Borges "Qarabağ"a keçəcəyi gözlənilsə də, sonda "Ferentsvaroş"la müqavilə imzaladı. 

Əslində, Ağdam klubu braziliyalının transferində israr edib. Lakin "Krasnodar" 1 milyon 600 min avro ödəyən "Ferenetsvaroş"la anlaşmağa qərar verib. 

Sportal.az saytına verilən məlumata görə, “Qarabağ” Kadiyə görə Rusiya klubuna "Ferentsvaroş"dan daha çox - 2 milyon avro ödəməyə hazır olub, rəsmi təklif də irəli sürülüb.

Amma "Krasnodar" rəhbərliyi il yarım əvvəl braziliyalının transferinə görə 5 milyon avro ödədiyi "Qarabağ"a satmaq istəməyib. Onlar bu məsələdə prinsipə gedərək Kadini "Qarabağ"dan daha aşağı məbləğ təklif edən "Ferentsvaroş"a satıb.

Braziliyalı futbolçu özü "Qarabağ"a qayıtmaq istəyində olduğunu Rusiya klubunun rəhbərliyinə bildirib. Amma sonda o, məxsus olduğu klubun verdiyi qərara uyğun hərəkət etməyə məcbur qalıb.
 

Xəbər xətti