Fransa klubunda baş məşqçi təyinatı reallaşdı

19:23 - 20 Dekabr 2024

Fransa Liqa 1 təmsilçisi “Sent-Etyen”in baş məşqçisi açıqlanıb.

Sportal.az xəbər verir ki, komanda norveçli mütəxəssis Eyrik Hornelanda tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.49 yaşlı çalışdırıcı ilə müqavilə 2027-ci ilin yayına qədər bağlanıb. Horneland bu vəzifədə Olivye Dall'Oqlionu əvəzləyib.

"Sent-Etyen" 13 xalla Liqa 1-in turnir cədvəlində 16-cı yerdədir. Horneland əvvəllər Norveçin “Brann”, “Rosenborq” və “Haqesund” komandalarını çalışdırıb.

Xəbər xətti