"Neftçi" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

19:31 - 10 Mart 2025

Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulacaq.

Sportal.az xəbər verir ki, turun son günündə daha iki matç baş tutacaq. 

Günün ilk görüşü Sumqayıtda keçirilib. "Kəpəz" "Sumqayıt"ın qonağı olub. Matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək.   

Misli Premyer Liqası
XXVI tur
10 mart

17:00. "Sumqayıt" – "Kəpəz" 3:0

Qollar: Roy Kehat, 20, 51, Nihad Əhmədzadə, 90+4
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev
VAR: Nicat İsmayıllı, Teymur Teymurov
Hakim-inspektor: Zöhrab Qədiyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:30. "Neftçi" – "Turan Tovuz" 0:0 (Birinci hissə)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Rauf Cabarov, Akif Əmirəli
Hakim-inspektor: Rəhim Həsənov
"Neftçi Arena"

Xəbər xətti