"Mançester Yunayted"in səhmlərinin 25 faizinin sahibi və klubun futbol idarəçiliyinə rəhbərlik edən Sir Cim Retkliff komandanın baş məşqçisi Ruben Amorim haqqında maraqlı fikirlər səsləndirib.
Sportal.az xəbər verir ki, Retkliff öz açıqlamasında Amorimə inandığını bildirib:
"Düzünü desəm, onun sərəncamında olan heyəti və mövsümün ortasında komandaya qoşulduğunu nəzərə alsaq, düşünürəm ki, əla iş görür. Hamı bir anda möcüzələr gözləyir. Mənim fikrimcə, real həyatda bu, belə olmur. "Arsenal"la oyun həqiqətən təsirli idi. Komanda maksimum dərəcədə səylə və məqsədyönlü şəkildə çalışdı. Əgər ehtiyat oyunçular skamyasına baxsanız, onların çoxunu tanımadığınızı görərsiniz.
Rubenin heyətinin yarısı yoxdur. Əgər "Mançester Yunayted"in ən yüksək maaş alan 8 oyunçusuna baxsanız, onların 50 faizinin Ruben üçün əlçatan olmadığını görərsiniz. Bu, "Mançester Siti" və ya "Liverpul"da baş versəydi, onların vəziyyəti tamamilə fərqli olardı.
Ən yüksək maaş alan səkkiz oyunçumuzdan olan Meyson Maunt və Luk Şou zədələnib. Reşford və Sanço getdi. Üstəlik, bir çox zədə... O cümlədən, Kobbi Maynu və Lisandro Martines də.
Ona inanıram, doğrudan. Ruben mənə çox xoş təsir bağışlayır. Mən onunla oyundan əvvəl görüşmüşdüm, amma oyundan sonra da onunla yarım saat oturub söhbət etdik. O, çox düşüncəli biridir”
saytlarin hazirlanmasi