İngiltərə Premyer Liqasında 29-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Mançester Siti" doğma meydanda "Brayton"la üz-üzə gəlib. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, hazırda turnir cədvəlində "şəhərlilər" 48 xalla 5-ci, "Brayton" isə 47 xalla 7-ci pillədə qərarlaşıb.
İngiltərə Premyer Liqası
29-cu tur
19:00. "Mançester Siti" - "Brayton" - 2:2
Qollar: E.Haaland,11(pen), O.Marmouş,39, - P.Estupinyan,21, A.Xusanov,48(ö.q)
saytlarin hazirlanmasi