"Haitinin Azərbaycanla qarşılaşması mənim üçün xoş oldu. Maraqlı oyun olacaq".
Bu sözləri Sportal.az saytına açıqlamasında Donald Gerye deyib.
"Qarabağ", “Neftçi”, “Zirə” klublarında oynamış Haiti millisinin sabiq üzvü martın 22-də keçiriləcək Azərbaycan - Haiti görüşü haqda fikirlərini söyləyib.
Onun fikrincə, bu görüşdə favorit Haiti yığması olacaq:
"Təbii ki, Azərbaycan da yaxşı komandadır. Ancaq fikrimcə, Haiti Azərbaycanla görüşün favoritidir. Necə alınacağını görəcəyik. Oyunu TV-dən izləyəcəm. Bizim də yaxşı komandamız var. Bu oyuna baxmaq maraqlıdır".
Qeyd edək ki, Donald Gerye hazırda Almaniyada aşağı liqada “Kosmos” klubunun formasını geyinir.
saytlarin hazirlanmasi