Futbol üzrə Azərbaycan 2-ci Liqasında 16-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Hypers Quba" doğma meydanda "Şəki Siti"ni qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 31-ə yüksəldən "Hypers Quba" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 10 xalı olan "Şəki Siti" isə 11-ci yerdədir.
"Hypers Quba" - "Şəki Siti" 2:1
Qollar: A.Həşimli, 20, 46 - T.Məmmədzadə, 53
Qırmızı vərəqə: Q.Əliyev, 90+1