"Liverpul" van Deyki Almaniya millisinin üzvü ilə əvəzləmək istəyir

20:53 - 11 Mart 2025

"Liverpul" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Borussiya"da çıxış edən Niko Şlotterbeki transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

"Liverpul" alman mərkəz müdafiəçisini mövsümün sonunda müqaviləsi başa çatan Vircil van Deykin əvəzləyicisi kimi düşünür. "Qırmızılar" 25 yaşlı futbolçu üçün 50 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Borussiya" Niko Şlotterbeki 2022-ci ilin yayında"Frayburq"dan transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 4 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti