"Kəpəz"in futbolçusu Tacikistan millisinə dəvət edildi

12:34 - 11 Mart 2025

"Kəpəz"in futbolçusu Tacikistan millisinə dəvət alıb.

Sportal.az xəbər verir ki, komandanın üzvü Şervoni Mabatşoev milliyə çağırılıb.

Yarımmüdafiəçi qarşıdakı iki oyun üçün Tacikistan yığmasına cəlb olunub.

Tacikistan milli komandası əvvəlcə martın 20-də Belarusla yoxlama matçı keçirəcək. Bundan 5 gün sonra isə Asiya Kuboku-2027-nin seçmə oyunları çərçivəsində Timor-Leste ilə qarşılaşacaq.

Qeyd edək ki, hər iki görüş Düşənbədə keçiriləcək.

Xəbər xətti