Azərbaycan millisi bu gün Yunanıstanla qarşılaşacaq

10:18 - 11 Mart 2025

Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsində növbəti görüşünə bu gün çıxacaq.

Sportal.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi kollektiv IV turda Afinada Yunanıstanın qonağı olacaq.

Bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

AVRO-2026, əsas mərhələ
V qrup
21:00. Yunanıstan - Azərbaycan
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvan İvanov (hamısı Bolqarıstan).
Hakim-inspektor: Sven Eyhler (Almaniya).
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus).
Afina. DAİS Sports Hall.

Xəbər xətti