Sanço "Çelsi" ilə hələ də razılığa gələ bilməyib - "Mançester Yunayted"ə qayıda bilər

22:38 - 11 Mart 2025

Ceydon Sanço yenidən "Mançester Yunayted"ə qayıda bilər.

Sportal.az xəbər verir ki, "Daily Mail"də yer alan məlumata görə, Çelsi" tərəfindən 25 milyon funt sterlinq məbləğində məcburi satınalma ilə icarəyə götürülən vinger hələ də London klubu ilə müqaviləni razılaşdırmayıb.

Əgər tərəflər razılığa gələ bilməsə, "Çelsi"nin iki variantı olacaq: ya futbolçunu "Mançester Yunayted"ə qaytararaq böyük cərimə ödəmək, ya da onu alıb yenidən başqa bir kluba satmaq.

Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsümdə Premyer Liqada 22 oyuna çıxıb və 4 məhsuldar ötürmə edib.

Xəbər xətti