Argentina və İtaliya millisində oynamış futbolçu irqçilik etdi, cəzalandırıldı

12:48 - 12 Mart 2025

“Kremoneze”nin yarımmüdafiəçisi Franko Vaskes 10 oyunluq cəzalandırılıb.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, argentinalı B seriyasında “Bari” ilə görüşün sonunda rəqib müdafiəçi Emilie Dorvalıya qarşı irqçi ifadələrlə təhqir edib. 

Belədə, Vazkez B seriyasının görüşlərinin əsas mərhələsində çıxış etməyəcək. O, yalnız A Seriyasına yüksəlmək üçün pley-off görüşlərində komandasına kömək edəcək. “Kremoneze” hazırda B seriyasında 4-cü pillədədir.

36 yaşlı futbolçu “Belqrano”, “Palermo”, “Rayo Valyekano”, “Sevilya” və “Parma” kimi klublarda oynayıb. O, həm İtaliya, həm də Argentina yığmalarının üzvü olub
 

Xəbər xətti