"İnter"in hücumçusu "Bavariya" ilə matç haqda: "İstənilən komandanı məğlub etmək olar"

11:22 - 12 Mart 2025

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə "Feyenoord"u məğlub edərək (2:1) 1/4 finala yüksələn "İnter"in hücumçusu Markus Tyuram artıq pley-offun növbəti mərhələsindəki rəqibi olan "Bavariya" haqda danışıb.

Sportal.az “UEFA”ya istinadən xəbər verir ki, fransız forvard Münhen klubunun gücünü etiraf edib:“Şadam ki, artıq növbəti mərhələdəyik. “Bavariya”ya qalib gəlmək olarmı? Məncə, istənilən komandanı məğlub etmək olar. Onlar əla komandaya sahibdir. Çətin matç olacaq, amma hər şeyi zaman göstərəcək”.

Qeyd edək ki, Turam 2023-cü il iyulun 1-dən “İnter”də oynayır və 2028-ci il iyunun 30-a qədər “nerazzura”ya məxsusdur.

Xəbər xətti