Emin Zamanovdan möhtəşəm qol, "Şəfa" qələbə qazandı - VİDEO

21:22 - 11 Mart 2025

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 16-cı turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Şəfa" öz meydanında "Şimal"ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 43-ə yüksəldən "Şəfa" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 34 xalı olan "Şimal" isə 3-cü yerdədir.

"Şəfa" - "Şimal" 3:0
Qollar: R.Hacıyev, 21, E.Zamanov, 69, E.Nəsibov, 83

Xəbər xətti