Azərbaycan çempionatında qalib müəyyənləşdi

22:51 - 11 Mart 2025

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib.

Sportal.az xəbər verir ki, “Zirə” və “Birbaşa Bakı” komandaları həlledici matçda üz üzə gəlib. Eşqin Tağıyev və Təmkin Xəlilzadənin qolları ilə “Birbaşa Bakı” 2:0 hesablı qələbə qazanaraq qalib olub.

Qeyed edək ki, "Birbaşa Bakı" ötən il də Azərbaycan çempionu olmuşdu.

Xəbər xətti