"Sumqayıt"ın legioneri "Turan Tovuz"a qarşı oynamayacaq

18:48 - 11 Mart 2025

"Sumqayıt" Misli Premyer Liqasının 27-ci turu çərçivəsində səfərdə "Turan Tovuz"un qonağı olacaq.

Sportal.az xəbər verir ki, "kimyaçılar" bu oyuna ciddi itki ilə çıxacaq. Müdafiəçi Miloş Miloviç komandaya kömək edə bilməyəcək.

Montenegrolu futbolçu cəzalı duruma düşüb. 29 yaşlı mərkəz müdafiəçisi 26-cı turun "Kəpəz"lə matçında (3:0) mövsüm ərzində 4-cü dəfə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt" qarşılaşması 16 mart tarixində saat 18:30-da Tovuz şəhər stadionunda baş tutacaq.

Xəbər xətti