"Fulhem"in müdafiəçisi Antoni Robinson Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Liverpul" və "Mançester Yunayted" amerikalı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Hər iki klub Robinsonu yayda heyətinə qatmağı planlaşdırır. "Fulhem" 27 yaşlı sol cinah müdafiəçisi üçün 40 milyon funt-sterlinq tələb edir.
Qeyd edək ki, "Fulhem" Antoni Robinsonu 2020-ci ilin avqust ayında "Uiqan"dan transfer edib. ABŞ millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 10 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi