"Real"ın dünya ulduzu "Atletiko" ilə matçı buraxa bilər

00:51 - 12 Mart 2025

"Real" Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda  bu gün "Atletiko" ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, məşhur "AS" nəşrinin məlumatına görə, fransız hücumçu əzələ narahatlığı səbəbindən məşqin bir hissəsini buraxıb. Əvvəlcə onun oyunda iştirak edəcəyi bildirilirdi.

Dünən baş tutan məşq zamanı futbolçunun vəziyyəti ilə bağlı narahatlıq artıb və klub artıq o qədər də optimist deyil. Mbappenin oyunda iştirak edib-etməyəcəyi oyunöncəsi isinmə hərəkətlərindən sonra müəyyənləşəcək.

Xəbər xətti