"Əl-Nəsr"in müdafiəçisi Aymerik Laporte Avropaya qayıtmağı arzulayır.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, ispan futbolçunun xidmətində “Marsel” maraqlanır.
Fransa təmsilçisi müdafiə xəttini gücləndirmək istəyir və klub nümayəndələri artıq oyunçunun meneceri ilə yayda mümkün transferi müzakirə edirlər.
Laportun özü də Çempionlar Liqasında iştirak edən komandada oynamaq istəyir. 30 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. O, 2023-cü il avqustun 24-də “Mançester Siti”dən “Əl-Nəsr”ə keçib. Bundan savayı, Laporte “Baskoniya”, “Atletik”(Bilbao) klublarında çıxış edib.