"Biz sənə stol altından pul verəcəyik, sən axı sadə ailədənsən" - "Barselona"nı rüşvət təklif etməkdə ittiham etdi

22:14 - 11 Mart 2025

Keçmiş İspan futbolçusu Antonio Guayre "Barselona"nı rüşvət təklif etməkdə ittiham edib. Guayre 2000-2001-ci illərdə "Las-Palmas"da oynayıb. 2001-ci ildə isə "Vilyarreal"a transfer olunub.

Sportal.az xəbər verir ki, 44 yaşlı keçmiş hücumçu Guayre "YouTube"da Curios@s kanalına verdiyi müsahibədə maraqlı fikirlər səsləndirib:

"İki dəfə "Barselona"ya keçməyə çox yaxın idim. 20 yaşım olanda "Las-Palmas"da oynayırdım, təyyarəyə minib Barselonaya getdim. Heç kim bundan xəbərsiz idi. Orada idim və idman direktoru Karlos Reşakla birlikdə nahar etdim. O mənə dedi: "Biz sənə stol altından pul verəcəyik, sən axı sadə ailədənsən".

Onlar mənə "Las-Palmas"da qalmağı və inkişaf etməyi təklif etdilər. Qara pullar? Bəli, tam olaraq belə. Bu, ilk dəfə idi və mən şokda idim. Mövsüm başa çatdı və "Vilyarreal" mənim üçün 6 milyon avro ödəyərək məni transfer etdi".

Xəbər xətti