"Fənərbaxça"dan gənc futbolçusuna 10 qat daha artıq maaş

23:26 - 11 Mart 2025

"Fənərbaxça" gənc müdafiəçisi Yusuf Akçiçeklə yeni müqavilə imzalayacaq.

Sportal.az xəbər verir ki, Türkiyə mətbuatında yer alan məlumata görə, tərəflər arasında yeni razılaşmanın 2030-cu ilə qədər davam edəcəyi gözlənilir. Müqavilədə 19 yaşlı futbolçunun maaşının da 1 milyon TL-dən 10 milyon TL-yə qaldırılması nəzərdə tutulub. 

Qeyd edək ki, müdafiəçi bu mövsüm meydana çıxdığı 14 rəsmi matçda 2 qol, 1 assistlə yadda qalıb.

Xəbər xətti