Yığma komandamız Lüksemburqa qarşı

09:18 - 12 Mart 2025

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, B Liqasının II qrupunda yer alan yığmamız Lüksemburqla qarşılaşacaq. 

Bayıl stadionunda keçiriləcək matça 16:00-da start veriləcək.

Qrupun digər oyununu isə saat 11:00-da başlayacaq. Bolqarıstan Malta ilə qarşılaşacaq. 

Qeyd edək ki, qrupun bütün oyunları Bakıda baş tutacaq.

Xəbər xətti