“Sumqayıt” Futbol Klubunun 2 oyunçusu öz ölkələrinin milli komandalarına dəvət alıb.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Ronaldo Vaskez 22 və 26 mart tarixlərində Puerto Riko ilə yoxlama oyunları keçirəcək Dominikan Respublikası seçməsinə çağırılıb.
Tresor Mossi isə Dünya çempionatının seçmə mərhələsində 21 mart tarixində Fildişi Sahili, 25 mart tarixində Seyşel adaları ilə qarşılaşacaq Burundi yığmasına dəvət alıb.
saytlarin hazirlanmasi