"Sabah"ın qapıçısı Qazaxıstan millisinə çağırıldı

16:30 - 12 Mart 2025

"Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan milli komandasına dəvət alıb.

Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi Əli Əliyev 32 nəfərlik siyahıya Azərbaycanda çıxış edən legioneri də daxil edib. Bu barədə Qazaxıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bu gün Qazaxıstan millisinin Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı başlayıb. Pokatilov martın 17-də düşərgəyə qoşulacaq.

Qeyd edək ki, Qazaxıstan yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Uels və Lixtenşteynlə üz-üzə gələcək.

Xəbər xətti