"İmişli" Bakıda xal itirdi - VİDEO

20:50 - 12 Mart 2025

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 18-ci tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. "Baku Sportinq" öz meydanında "İmişli"ni qəbul edib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

18 turdan sonra 31 xal toplayan "İmişli" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 25 xalı olan "Baku Sportinq" isə 4-cü yerdədir.

"Baku Sportinq" - "İmişli" 2:2
Qollar: E.Əskərli, 17, L.Stevanoviç, 90+5 - S.Fərəcov, 13 (pen), 83 (pen)

Xəbər xətti