Kişilərdən ibarət Azərbaycan millisi həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında bu gün növbəti matçına çıxacaq.
Sportal.az xəbər verir ki, millimiz ABŞ yığması ilə qarşılaşacaq.
Matça Bakı vaxtı ilə saat 17:45-də start veriləcək. Qeyd edək ki, turnir Bolqarıstanın Varna şəhərində keçirilir.
Azərbaycan millisi bundan əvvəl Moldovaya 21:33, Nigeriyaya 17:29 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi