II Liqa: İntizam Komitəsi cəzaları açıqladı

16:52 - 13 Mart 2025

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda II Liqanın XVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

11.03.2025-ci il tarixində II Liqada XVI turun “Dinamo” – “Füzuli” oyununun 38-ci dəqiqəsində “Dinamo” komandasının 44 nömrəli futbolçusu Əli Məmmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Dinamo” komandası 50 manat cərimə edilsin (maddə 36.5);

11.03.2025-ci il tarixində II Liqada XVI turun “Dinamo” – “Füzuli” oyununun 80-ci dəqiqəsində “Füzuli” komandasının 23 nömrəli futbolçusu Yusif Cəfərov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Füzuli” komandası 150 manat cərimə edilsin (maddə 39.1);

12.03.2025-ci il tarixində II Liqada XVI turun “Göygöl” – “Lerik” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 37);

12.03.2025-ci il tarixində II Liqada XVI turun “Hypers Guba” – “Sheki City” oyununun 90+2-ci dəqiqəsində “Hypers Guba” komandasının 55 nömrəli futbolçusu Qeyrət Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Hypers Guba” komandası 50 manat cərimə edilsin (maddə 36.5);

Xəbər xətti