Joze Mourinyo: "Türkiyədə bəzi şeylər dəyişməsə, çempion olmağımız mümkün deyil"

17:50 - 13 Mart 2025

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo İngiltərə mətbuatına açıqlamalar verib.

Sportal.az xəbər verir ki, "Sky Sports"a danışan portuqaliyalı mütəxəssis Türkiyədə "Qalatasaray"la apardıqları çempionluq mübarizəsi barədə danışıb. Mourinyo Super Liqada çempionluğun çətin olduğunu deyib. O, yarışın ədalətli olmadığını qeyd edib:

"Meydanda stabil oyun göstərməyə başlamışıq. Amma Türkiyədə bəzi şeylər dəyişməsə, çempion olmağımız mümkün deyil. Normal şərtlərdə böyük xal fərqi ilə lider olmalı idik və çempionluq yarışı bitməli idi".

Qeyd edək ki, Türkiyə Super Liqasında 26 turdan sonra "Qalatasaray" 68 xalla liderdir. Bir oyun az keçirən "Fənərbaxça" 61 xalla 2-ci yerdədir.

Xəbər xətti