“Brügge”nin kapitanı Hans Vanaken Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Aston Villa”ya məğlubiyyəti (0:3) şərh edib.
Sportal.az xəbər verir ki, UEFA-ya danışan belçikalı futbolçu komandasının ÇL-dəki çıxışı ilə qürur duyduğunu deyib:
"Biz turnirdəki çıxışımızla yalnız fəxr edə bilərik. Çətin püşkatma keçirmişdik, bizə az adam güvənirdi. Biz əla nəticələr göstərdik və həmişə rəqabətə davamlı idik".
Qeyd edək ki, “Brügge” “Aston Villa”ya ilk görüşündə də 1:3 uduzmuşdu.
saytlarin hazirlanmasi