"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqun karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək ehtimalı olub.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" niderlandlı futbolçunu transfer etmək istəyib. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" de Yonq üçün 55 milyon funt-sterlinqlik təklif göndərib. Lakin "Barselona" bu təklifi qəbul etməyib. La Liqa nəhəngi 25 yaşlı orta xətt oyunçusunun müqaviləsini uzatmağa çalışır.
Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla sözləşməsinin müddəti 2026-cı ilin iyun ayında başa çatır.
saytlarin hazirlanmasi