I Liqa: "Qəbələ" və "Karvan" xal itirdi

17:14 - 13 Mart 2025

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 18-ci tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub. Turnir cədvəlinin ilk iki pilləsində yer alan "Qəbələ" və "Karvan" qələbə qazana bilməyib.

"Cəbrayıl" - "Difai" 0:4
Qollar: C.Kamta, 26 (pen), M.Alfa, 37, X.Məmmədli, 61, E.Quluzadə, 86
Qırmızı vərəqə: S.İbrahimov, 25, Z.Abdurahmanov, 76 (hər ikisi "Cəbrayıl")

"Zaqatala" - "Qəbələ" 1:1
Qollar: J.Assumu, 54 - M.Musayev, 16

"Qaradağ Lökbatan" - "Karvan" 1:1
Qollar: Ş.Balejai, 37 - E.Morgan, 53

Xəbər xətti