Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında 1/8 mərhələsi başa çatdıqdan sonra UEFA ölkə reytinqlərinin siyahısını yeniləyib.
Sportal.az xəbər verir ki, yeni siyahıya əsasən, Azərbaycanın mövqeyi dəyişməyib.
Azərbaycan 19.625 əmsalla 30-cu pillədə qərarlaşıb. 29-cu sırada Bolqarıstan (19.875), 31-ci pillədə isə İrlandiya (14.968) yer alıb.
Siyahıya 109,982 əmsalla İngiltərə rəhbərlik edir.
saytlarin hazirlanmasi