Ayxan Abbasov: "Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdir"

17:16 - 14 Mart 2025

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Ayxan Abbasov AFFA-nın rəsmi saytına açıqlamasında təyinatı ilə bağlı təəssüratlarını bildirib.

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis əsas məqsədinin gənc oyunçuların üzə çıxması olduğunu deyib:

“Belə bir məsuliyyətli işi mənə etibar etdiyi üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdir. Qarşımıza çox böyük iş düşür. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılması və A millimizə namizəd olmasıdır. İlk iş olaraq böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq”.

Qeyd edək ki, U-21 millimizin yeni baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.

Xəbər xətti