Almaniya millisinin üzvü "Liverpul"a keçə bilər

19:55 - 14 Mart 2025

Mövsümün sonunda "Bavariya" ilə müqaviləsi başa çatan Leroy Sane İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" almaniyalı vingeri heyətinə qatmaq istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

İngiltərə klubu yaxın vaxtlarda Sane ilə danışıqlara başlamağı planlaşdırır. "Liverpul" 29 yaşlı ön xətt oyunçusunun azad agent statusunda olmasından yararlanaraq onu təzminat ödəmədən komandaya gətirmək istəyir.

Qeyd edək ki, "Bavariya" Leroy Saneni 2020-ci ilin yayında "Mançester Siti"dən transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti