"Çelsi"nin futbolçusu "Real"ın radarında

22:39 - 14 Mart 2025

Madridin "Real" klubu Londonun "Çelsi" və Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandesi transfer etməkdə maraqlıdır.

Sportal.az xəbər verir ki, "TEAMtalk"ın yaydığı məlumata görə, "kral klubu" 24 yaşlı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmağı düşünür.

Fernandes 2023-cü ilin yanvarında "Çelsi"yə 107 milyon funt sterlinq müqabilində transfer olunub və onun müqaviləsi 2032-ci ilə qədər qüvvədədir. O, bu mövsüm 34 oyunda meydana çıxıb, 5 qol vurub və 9 qol ötürməsi edib.

"Çelsi" əsas oyunçularından birini satmaq istəmədiyi üçün mümkün oyunçu mübadiləsi variantı nəzərdən keçirilir. Məlumata görə, "Real" fransalı yarımmüdafiəçi Orelyen Tçuamenini transferin bir hissəsi kimi təklif edə bilər. "Çelsi"nin də Tçuameni ilə maraqlandığı bildirilir ki, bu da danışıqları asanlaşdıra bilər.

Xəbər xətti