"Qalatasaray"dan "Əl-Hilal"a

11:49 - 14 Mart 2025

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az “Sabah”a istinadən xəbər verir ki, müqavilə ilə “Napoli”yə məxsus olan hücumçu “Əl-Hilal”ın maraq dairəsindədir.Ərəblər onu transfer etmək üçün Neapol klubu ilə danışıqlara başlayıb.

“Əl-Hilal” Osimhen üçün 75 milyon avroluq sərbəst qalma məbləğini ödəməyə hazırdır.Hücumçu hazırda "Qalatasaray"da icarə əsasında çıxış edir.

Xəbər xətti