"Real"ın qapıçısı Tibo Kurtua Belçika milli komandasına qayıdıb.
Sportal.az xəbər verir ki, əvvəlki baş məşqçi Domeniko Tedesko ilə problem yaşayan qolkiper yığmada oynamaqdan imtina etmişdi. Kurtua millidəki baş məşqçi dəyişikliyindən sonra qərarını dəyişib.
32 yaşlı "əlcək sahibi" yığmanın yeni çalışdırıcısı Rudi Qarsiyanın dəvətini qəbul edib. Təcrübəli qapıçı Belçika seçməsinin UEFA Millətlər Liqasının Ukrayna ilə oyunlarının heyətinə daxil edilib.
Qeyd edək ki, Tibo Kurtua sonuncu dəfə 2023-cü ilin iyun ayında millinin formasını geyinib.
saytlarin hazirlanmasi