"Liverpul" 19 yaşlı futbolçu üçün 50 milyon funt-sterlinq ödəməyə hazırdır

11:48 - 15 Mart 2025

"Liverpul" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Bornmut"da çıxış edən Din Hyöyseni transfer etmək istəyir. Bu barədə "iNews" məlumat yayıb.

"Liverpul" ispan futbolçunu mövsümün sonunda müqaviləsi başa çatan Vircil van Deykə əvəzləyici hesab edir. Mersisayd təmsilçisi Hyöysen üçün onun klubuna 50 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəməyə hazırdır.

19 yaşlı mərkəz müdafiəçisi ilə "Mançester Yunayted" və "Tottenhem" də maraqlanır.

Qeyd edək ki, "Bornmut" Din Hyöyseni mövsümün əvvəlində"Yuventus"dan transfer edib. İspaniya U-21 millisinin üzvü olan gənc oyunçu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti