"Milan"dan "Komo" ilə matçda möhtəşəm geridönüş - VİDEO

00:11 - 16 Mart 2025

İtaliya A Seriyasında 29-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, öz meydanında "Komo" ilə qarşılaşan "Milan" rəqibi ilə qarşılaşmada fasiləyə məğlub yollanıb. İkinci hissədə Pulişiç və Reyndersin qolları "Milan"a vacib 3 xal qazandırıb.

Qeyd edək ki, bu qələbədən sonra "rossonerlər" 47 xalla 7-ci, "Komo" isə 29 xalla 13-cü pillədə qərarlaşıb.

İtaliya A Seriyası
29-cu tur

21:00. "Milan" - "Komo" - 2:1

Qollar: Pulişiç,53, T.Reynders,75, - L.Da Kunha,33

Xəbər xətti