Kilian Mbappe ardıcıl 7 mövsüm ən çox qol vuran fransız futbolçu rekordunu qırıb.
Sportal.az xəbər verir ki, 26 yaşlı "Real"ın hücumçusu La Liqanın 28-ci turunda "Vilyarreal"la matçın ilk hissəsində altı dəqiqə ərzində dubl edib.(2:1, ikinci hissə). Mbappe "Real Madrid" forması ilə 44-cü oyununda 30-cu və 31-ci qollarını vurub.
Beləliklə, Kilian tarixdə ardıcıl yeddi mövsüm ərzində 30+ qol vuran ilk fransız futbolçu olub. 2023/24 mövsümündə Mbappe PSJ-də 45 qol vurub, əvvəlki mövsümlərdə isə müvafiq olaraq 41, 39, 42, 30 və 39 dəfə fərqlənib.
saytlarin hazirlanmasi