Haiti millisinin yarımmüdafiəçisi Leverton Pyer Azərbaycan yığması ilə Sumqayıtda keçirdikləri yoldaşlıq görüşünü (3:0) şərh edib.
Sportal.az xəbər verir ki, haitili millimiz üzərində qazandıqları qələbə haqda bunları deyib:
"Yaxşı iş gördük. Bu qələbə bizim zəhmətimizin bəhrəsi idi. Hücumda etibarlı oynadıq. Ümumilikdə, gərgin oyun oldu. Rəqibin yaxşı keyfiyyətlərini qeyd etmək lazımdır. Amma biz yüksək təzyiqdən istifadə etdik. Azərbaycan komandası üçün ən yaxşı gün deyildi. Rəqibin daha çox sol cinahı yaxşı çıxış etdi".