Portuqaliya millisinin baş məşqçisi Roberto Martines bildirib ki, Kriştiano Ronaldoya qarşı edilən tənqidlər ədalətsizdir.
Sportal.az xəbər verir ki, Portuqaliya millisi Millətlər Liqasının 1/4 final mərhələsinin ilk oyununda Danimarkaya 0:1 hesabı ilə məğlub olub. Sabah komandalar cavab görüşünü keçirəcəklər.
"Hər iki komanda taktiki baxımdan çox çevikdir, biz iki hücumçu ilə oynadıq. Rəqibə uyğun olaraq oyunçularımızı düzgün istifadə etməliyik.
Amma hər oyunda Kriştiano haqqında danışmağa ehtiyac yoxdur. Əgər Ronaldo qol vurursa, komandanın ən vacib oyunçusu olur. Qol vurmadıqda isə bunu yaş faktoru ilə əlaqələndirirlər. Bu cür yanaşma ədalətsizdir." – deyə Roberto Martines bildirib.
saytlarin hazirlanmasi