"Beşiktaş" 16 yaşlı gürcü futbolçunu transfer etmək istəyir

14:30 - 22 Mart 2025

Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi Tbilisi "Dinamo"sunda çıxış edən Saba Xarebaşvilini transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Xarebaşvili müdafiənin sol cinahı ilə yanaşı mərkəzində də oynamağı bacarır. "Beşiktaş" 16 yaşlı gürcü futbolçu üçün onun klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Saba Xarebaşvili "Dinamo"nun yetirməsidir. Gürcüstan U-19 millisinin üzvü olan gənc müdafiəçi ötən ilin aprel ayında Tbilisi təmsilçisinin əsas komandasına cəlb olunub.

Xəbər xətti