Millimiz Moldovanı məğlub etdi - Abbasovun ilk sınağı uğurlu oldu

22:52 - 22 Mart 2025

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün birinci yoxlama görüşünü keçirib.

Sportal.az xəbər verir ki, U-21 yeni baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk oyununda Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivini 2:0 hesabı ilə məğlub edib.

Yoxlama görüşü

Moldova (U-21) - Azərbaycan (U-21) 0:2

Qollar: Oruc Məmmədov,18, Sadiq Şəfiyev,25

Xəbər xətti