Belarus milli komandasının yarımmüdafiəçisi Valeri Boçerov Azərbaycan yığması ilə Bakıda keçiriləcək yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Belarus mətbuatına açıqlama verən Boçerov Düşənbədə Tacikistana 5:0 qalib gəlməsi barədə bunları deyib:
"Mən Azərbaycanı Tacikistandan daha güclü rəqib hesab edirəm. Rəqibi hələ analiz etməmişik. Bu gün edəcəyik. Tacikistanla ilk hissə bizim üçün yaxşı alınmadı. Çox pressinq etdik, amma qol vura bilmədik. Sonda bir az çatışmayan nələrsə var idi. Matçın ilk 45 dəqiqəsi çox isti havada keçirildi. İkinci hissədə isə günəş bir az batdı. Belədə, oynamaq daha asan oldu və biz şanslarımızı reallaşdıra bildik. Azərbaycanla görüşün daha çətin olacağını gözləmək olar".
Qeyd edək ki, Azərbaycan - Belarus görüşü martın 25-də "Bank Respublika Arena"da keçiriləcək və görüşə 21:45-də start veriləcək.