Daha öncə qeyd etdiyimiz kimi, "Fənərbaxça"nın kapitanı Edin Ceko milli komandada burnundan zədələnib.
Sportal.az xəbər verir ki, bu zədədən sonra "Fənərbaxça" rəhbərliyi Cenk Tosunun komandadan ayrılması fikrindən daşınıb. Belə ki, Tosunun Yaponiya klubu "Urava Red Diamonds"lə anlaşması barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, 33 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi